
Antalyada həyat yoldaşını balkondan ataraq öldürdüyü iddia edilən şəxs məhkəməyə çıxarılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə zamanı ölən şəxsin vəkili təqsirli şəxslə bağlı yeni iddia irəli sürüb. Belə ki, iddiaya görə, həyat yoldaşını balkondan ataraq öldürən Alper Yağlıoğlu heç nə olmamış kimi sosial media hesabında zaman keçirib.
Özünü müdafiə edən A.Yağlıoğlu isə "Mən həyat yoldaşımı öldürməmişəm. Qatil deyiləm, onu sevirdim" - deyə, sözlərinə davam edib.
Bildirək ki, sözügedən hadisə 2021-ci ildə baş verib. Qadının balkondan atladığı iddia olunsa da, meyitdən götürülən DNT analizləri bunun tam əksini göstərib.
Qeyd edək ki, Alper Yağlıoğlunun vəkili müvəkkilinin günahsız olduğunu və 15 aydır dəlil olmadığı halda həbsdə qaldığını söyləyərək sərbəst buraxılmasını tələb edib. Lakin məhkəmə təqsirləndirilən şəxsin həbsinin davam etməsinə qərar verib və iclası təxirə salıb.
Nurlan Şiraliyev