Hatayda baş verən zəlzələlərdən sonra Antalyaya köç edən ailə avtomobil qəzası keçirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində baş verən ağır qəza zamanı 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Bildirək ki, qəzaya düşən şəxslərin sabiq türkiyəli futbolçu Gökhan Zanın qohumları olduğu ortaya çıxıb.
Qeyd edək ki, qəzaya səbəb olan sürücü polis tərəfindən saxlanılıb.
Nurlan Şiraliyev