DÜNYA ÖZ XƏBƏR

Ov tüfəngi ilə restorana hücum edən şəxs həbs edildi - ANBAAN VİDEO

Türkiyədə "fast food" restoranlarından birində hadisə baş verib.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, naməlum şəxs ov tüfəngi ilə restorana hücum edib.

O, əlindəki silahla restoranın şüşəsini sındıraraq içəri daxil olub. Silahın tutulduğunu görən məkan sahibi təcavüzkarın üzərinə atılıb. Hadisə anının görüntüləri təhlükəsizlik kameralarına əks olunub.

Bildirək ki, sözügedən hadisə restoran sahibinin atasının ölümü ilə bağlı dəfn mərasiminə hazırlaşdığı zaman baş verib.

Qeyd edək ki, hadisəni törədən şəxsin kimliyi bəlli olub. Ahmet A. adlı təcavüzkar polis tərəfindən həbs edilib.

Görüntüləri təqdim edirik:

Nurlan Şiraliyev

Oxşar Xəbərlər