DÜNYA ÖZ XƏBƏR

17 yaşlı qızı zorla qaçıran şəxs intihar etdi - Avtomobil qəzaya düşdü

Avtobus dayanacağında gözləyən 17 yaşlı qız tanımadığı şəxs tərəfindən qaçırılıb.

Qızı qaçıran şəxsin kimliyi müəyyən edilib. O, 22 yaşlı Alican Şara olub.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, silah zoru ilə qızı qaçıran şəxs polislər tərəfindən təqib edilib. Tutulacağını anlayan şəxs əlindəki silahla özünü başından vuraraq intihar edib. Sürücü öldükdən sonra idarəetmədən çıxan avtomobil aşıb. Qəza nəticəsində 17 yaşlı qız da dünyasını dəyişib.

Faktla bağlı araşdırma başladılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər