DÜNYA ÖZ XƏBƏR

Psixoloji problemləri olan gənc atasını öldürdü, anasını yaraladı

Türkiyənin Bartın vilayətində gecə saatlarında dəhşətli hadisə baş verib.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, psixoloji problemləri olan 19 yaşlı gənc mətbəxdən götürdüyü bıçaqla özünə xəsarət yetirmək istəyib. Bunu görən valideynləri müdaxilə etməyə çalışıb. Nəticədə gəncin atası Esat Köse və anası Gülden Köse yaralanıb. E.Köse boğazından aldığı bıçaq yarasından sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Bildirək ki, qolundan yaralanan Güldən Kösenin (anası) müalicələri davam edir.

Hadisə ilə bağlı istintaq aparılır.

Nurlan

Oxşar Xəbərlər