DÜNYA ÖZ XƏBƏR

Yük maşını qəzaya düşdü - Məktəbli yaralandı, 14 avtomobil isə...

İstanbulda park edilən yük maşını qəzaya səbəb olub.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əyləci buraxan yük maşını əvvəlcə məktəb avtobusuna daha sonra isə park edilmiş digər avtomobillərə çırpılıb.

Nəticədə avtobusdakı şagirlərdən biri xəsarət alıb. Həmçinin park halında olan 13 avtomobilə ciddi ziyan dəyib. Qəza zamanı yaralanan Süheda Mələk İpək adlı şagirdin xəstəxanaya aparıldığı, vəziyyətinin yaxşı olduğu öyrənilib.

Hadisə anı ətrafdakı təhlükəsizlik kameralarına əks olunub.

Qeyd edək ki, yük maşınını sürücüsü polis tərəfindən saxlanılıb. Hazırda araşdırmalar davam edir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər