
Türkiyədə ailə faciəsinə səbəb olan yola qəzası baş verib.
32gun.az yeri KİV-nə istinadən xəbər verir ki, "Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı maneələrə çırpılıb. Çırpılmanın təsirindən avtomobil maneəni aşaraq çevrilib.. Nəticədə ata və ana hadisə yerində dünyasını dəyişib. 3 və 11 yaşlı övladları isə ağır yaralanıb. Yaralılar təcili xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Nurlan