
Türkiyənin Aydın vilayətində baş verən yol qəzası faciəyə çevrilib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Belə ki, arxadan gələn avtomobil yaralıya müdaxilə etmək üçün yolda dayanan TTY avtomobilinə çırpılıb. Çırpılmanın təsirindən təcili yardım avotmobilindəki 4 nəfər ağır yaralanıb. Yaralılar təcili xəstəxanaya aparılıb.
Bildirək ki, qəzada ağır yaralanan Həsən Kaymaz adlı tibb işçisi həyatını itirib.
Nurlan