Türkiyədə plastik məmulatların istehsal edildiyi zavodun həyətində yanğın baş verib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, yanğın fəhlələrin gecələdiyi konteynerlərdən birində başlayıb.
Saat 16.00 radələrində başlayan yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Bildirək ki, hadisə yerinə çox sayda yanğınsöndürən briqadası cəlb edilib. Konteynerlərə ciddi ziyan dəyib.
Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.
Nurlan Şiraliyev