DÜNYA ÖZ XƏBƏR

Gürcüstan prezidenti isveçrəli həmkarı ilə görüşdü

Gürcüstan prezidenti Salome Zurabişvili ilə isveçrəli həmkarı Alen Berset arasında görüş olub.

32gun.az xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Nyu-Yorkda keçirilən görüş zamanı, Zurabişvili İsveçrə prezidentinə Rusiya ilə münasibətlərdə vasitəçi rolunu oynadığına görə təşəkkür edib.

Qeyd edək ki, görüş Gürcüstan prezidentinin ABŞ-a səfəri çərçivəsində, BMT-nin mənzil-qərargahında baş tutub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər