Türkiyədə gecə saatlarında dəhşətli qəza baş verib.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, qəza zamanı iki avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarındakı elektrik lövhəsinə çırpılıb. Elektrik lövhəsi isə digər avtomobilin üzərinə aşıb. Nəticədə 8 nəfər yaralanıb.
Hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları cəlb edilib. Araşırmalar başladılıb.
Nurlan Şiraliyev