
Federal Təhqiqat Bürosu (FTB) 4 ABŞ vətəndaşının tapılmasına görə 50 min dollar mükafat təyin edib.
32gun.az bu barədə Büroya istinadən xəbər verir.
Məlumata görə, dərman almaq üçün Meksika ilə sərhəddə yerləşən Tamaulipas ştatının Matamoros şəhərinə keçən 4 ABŞ vətəndaşı naməlum şəxslər tərəfindən qaçırılıb.
“FTB bu şəxslərin tapılması və bu işdə iştirak edənlərin həbsi üçün 50 min dollar mükafat təklif edir" - deyə, məlumatda bildirilib.
Nurlan Şiraliyev