DÜNYA ÖZ XƏBƏR

“Kiçik Qatil Pedro” ləqəbli cinayətkar ÖLDÜRÜLDÜ

“Kiçik Qatil Pedro” ləqəbli məşhur cinayətkar Pedro Rodriqes Filyo San-Pauluda güllələnərək öldürülüb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, 68 yaşlı cinayətkar ötən gün yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən atəşə tutulub.

Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində qətlin qisas məqsədi ilə törədildiyi iddia olunur.

Bildirək ki, 71 qətldə təqsirli bilinən braziliyalı cinayətkar 42 il həbs yatdıqdan sonra 2017-ci ildə azadlığa çıxıb.

Nurlan

Oxşar Xəbərlər