
Türkiyənin Afyonkarahisar vilayətində bədbəxt hadisə baş verib.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobildə siqaret çəkmək istəyən şəxs ağır yaralanıb.
Buna avtomobildə olan qaz balonunun sızması səbəb olub. Nəticədə partlayış baş verib. Baş verən partlamadan sonra avtomobil yararsız vəziyyətə düşüb.
Bildirək ki, yaralı dərhal xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Nurlan