Türkiyənin Daxili İşlər Nazirliyi Şırnak rayonunda əməliyyatlara başlayıb.
32gun.az Türkiyə DİN-ə istinadən xəbər verir ki, “Eren Abluka Sonbahar-Kış-26 Şehit Jandarma Uzman Çavuş İslam Çubuk” adlı əməliyyata 540 nəfərlik heyətlə start verilib.
Hava hücumu ilə başlayan əməliyyatların 1-ci günündə 8 mağara və 11 sığınacaq müəyyən edilərək zərərsizləşdirilib. Mağaralarda aparılan axtarışlar zamanı qida, tibbi ləvazimatlar, çox sayda silah-sursat və basqın zamanı mağaralardan qaçmaq üçün tunellərin olduğu aşkar edilib.
Nurlan Şiraliyev