DÜNYA ÖZ XƏBƏR

Avtomobili qarda qalan 81 yaşlı kişi 6 gün sonra xilas edildi - Görün necə sağ qalıb

Güclü qar yağışı səbəbindən yolda qalan 81 yaşlı sürücü Cerri Jouret 6 gün sonra xilas edilib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib. 

Sağlam olduğu öyrənilən qoca peçenye yeyərək sağ qalıb.

Bildirilir ki, 81 yaşlı Cerri Jouret Nevada ştatındakı ailəsini ziyarət etmək üçün yola düşüb. Lakin Jouretin təxminən 3 saat çəkməli olan səyahətinə qar mane olub. 

Jouretin yaxınları uzun müddət 81 yaşlı kişidən xəbər ala bilməyəndə polisə xəbər veriblər. "California Highway Patrol" əməkdaşlarının başlatdığı axtarış-xilasetmə işləri çərçivəsində cib telefonu siqnalı aşkar edilib. 

Daha sonra havaya helikopterlər qaldırılıb. Helikopter pilotu siqnalın gəldiyi ərazidə qarda daş olduğunu düşündüyü cism diqqətini çəkib. Aşağı enən və obyekti yoxlayan pilot avtomobilin qarda ilişib qaldığını və pəncərədən əl çıxdığını görüb. Bundan sonra xilasetmə işləri başladılıb. 

Juretin nəvəsi Kristian Joure mediaya açıqlamasında babası Jouretin təsadüfən dar yola çıxdığını və qarda ilişib qaldığını bildirib. 

Xəstəxanadan çıxan Jouret evinə qayıdıb.

Ayxan 

Oxşar Xəbərlər