DÜNYA ÖZ XƏBƏR

Kişilər də övlad dünyaya gətirəcək? - Siçanlar üzərində inanılmaz TƏCRÜBƏ

Yaponiyalı alimlər iki erkək siçan üzərində tədqiqatlar aparıb. Aparılan  tədqiqatlar nəticəsində erkək siçanların bala dünyaya gətirməsi prosesi baş tutub.

32gun.az xəbər verir ki, araşdırmanın nəticələri Londondakı Crick İnstitutunda keçirilən “gen redaktə sammiti”ndə açıqlanıb.

Belə ki, tədqiqatçılar siçanların genetik modifikasiyası ilə dəri hüceyrələrini yumurtaya çeviriblər. Alimlər hüceyrələrdə cinsi təyin edən Y xromosomunu silməklə, onu qadın X xromosomu ilə cütləşdiriblər. Bu şəkildə yumurta uğurla istehsal edilib.

Bildirək ki, alimlər bu texnikanı insanlarda da istifadə etməyi hədəflədiklərini açıqlayıblar. 

Qeyd edək ki, metodun 10 ildən sonra daha da inkişaf etdirilə biləcəyi və sonsuzluğun müalicəsində istifadə oluna biləcəyi bildirilir. Bu şəkildə X xromosom çatışmazlığından qaynaqlanan 'Turner sindromu' da müalicə edilə bilər.

Ayxan

Oxşar Xəbərlər