
Sədat Pəkərin olduğu iddia edilən sosial media hesabı son paylaşımı ilə gündəmə çevrilib.
Belə ki, sözügedən hesabda, S.Pəkərin saat 23.30-da açıqlama verəcəyi bildirilib.
32gun.az xəbər verir ki, yayılan xəbərlərlə bağlı Pəkərin vəkili Ersan Barkın açıqlama verib.
Barkın açıqlamasında, sözügedən hesabın və paylaşımın müvəkkilinə aid olmadığını qeyd edib.
"Müvəkkilim Sədat Pəkərin rəqəmsal təcrid şərtləri ona heç nə yazmağa imkan vermir. Bunu dəfələrlə bildirmişik".
Nurlan Şiraliyev