DÜNYA ÖZ XƏBƏR

Keçmiş nazir vəfat ETDİ

Sabiq türkiyəli nazir Vəfa Tanır dünyasını dəyişib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, martın 13-də keçmiş nazir üçün Türkiyə Böyük Millət Məclisində (TBMM) vida mərasimi keçiriləcək. Mərasimdən sonra onun nəşi dəfn olunmaq üçün Konyaya göndəriləcək.

Qeyd edək ki, Vəfa Tanır uzun illər ərzində müxtəlif sahələr üzrə nazir vəzifələrində çalışıb. O, Türkiyənin səhiyyə, sosial yardım, ictimai işlər, meşəçilik və milli müdafiə naziri vəzifələrində çalışıb. Həmçinin, ard-arda altı dəfə Konya millət vəkili seçilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər