
İstanbulda riskli binalarla bağlı yeni tənzimləmələr həyata keçiriləcək.
32gun.az xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) baş katibinin müavini Buğra Gökçe bildirib. O, Milli Məclisə təqdim edilən yeni tənzimləmənin təfərrüatlarını açıqlayıb.
Baş katibin müavini, müəyyən risk qruplarına daxil olan binaların konstruktiv möhkəmləndirmə ilə (tikinti növündən asılı olaraq) daha qısa müddətdə və daha az xərclə zəlzələyə davamlı hala gətirilə biləcəyini qeyd edib.
"Riskli olduğu təsbit edilən və gücləndirilə bilən strukturlar üçün tələb əsasında qismən və tam möhkəmləndirmə icazəsi veriləcək. Gücləndirmə icazəsi almış strukturların siyahısı çıxarılacaq və İstanbul Tikinti Nəzarət və Təftiş Prinsiplərinə uyğun olaraq müvafiq rəhbərlik tərəfindən hər 2 ildən bir yoxlanılacaq. Eyni zamanda İstanbuldakı bütün strukturların hər 5 ildən bir yoxlanılması təmin ediləcək. Nəzarət olunan binalar sertifikatlaşdırılacaq, gücləndirilməsi lazım olan binalar isə sarı etiketlə nişanlanacaq" - deyə, Gökçe bildirib.
Nurlan