DÜNYA ÖZ XƏBƏR

18 yaşından kiçik uşaqları olan ailələrə 5 illik turist vizası verəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 18 yaşından kiçik uşaqları olan ailələrə 5 illik ailəvi turist vizası veriləcəyini açıqlayıb.

32gun.az xəbər verir ki, mövzu ilə əlaqədar Şəxsiyyət, Millət, Gömrük və Liman Təhlükəsizliyi Şurası bəyanat yayıb.

Elektron şəkildə və çox girişli olaraq verilən bu vizadan yararlananların ölkədə bir dəfəyə 90 günü keçməyəcək formada qalmalarına icazə veriləcək. Bu çərçivədə BƏƏ-də 90 gün qalan insanlar ikinci 90 gün ərzində ölkəni tərk etmədən müraciət edə biləcəklər.

Qeyd edək ki, bütün millətlərə veriləcək 5 illik turist vizasına görə, bir şəxsin il ərzində ölkədə qaldığı günlərin sayı ümumilikdə 180 günü keçə bilməz.

Nurlan

Oxşar Xəbərlər