
Kocaelidə İzmit bölgəsində yaşayan və reklamlarda oynayan 7 yaşlı Msra Özkaraman dünyasını dəyişib.
32gun.az Türkiyı K7V-nə istinadən bildirir ki,
1-ci sinof şagirdi M.Özkaraman 3 gün əvvəl allergiya səbəbilə özəl xəstəxanalardan birinə yerləşdirilib.
Buradan Kocaeli Universiteti Araşdırma və Tətbiq Xəstəxanasına köçürülən Mısranı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb..
Azyaşlının ötən il Kocaeli Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İncəsənət və Konservatoriya Şöbə Müdirliyinin konservatoriya imtahanından keçdiyi bildirilib.
Balet təhsili alan və konservatoriyaya daxil olmaq hüququ qazanan Mısranın ölümü ailəsini, sinif yoldaşlarını və pərəstişkarlarını şoka salıb.
İzmit Bələdiyyəsinin töhfələri ilə lentə alınan, Özge Borakın baş rolda oynadığı Leyla Atakanın həyatından bəhs edən filmdə Mısra Özkaraman da rol alıb.
Bir çox reklamlarda da rol alan kiçik qızın məsciddə qılınan cənazə namazından sonra Döngel qəbiristanlığında dəfn edilib.
Ayxan