
Balıkəsirdə dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, 40 yaşlı B.Y. su ilə dolu dərəni keçmək istəyərkən yağışın təsirindən idarə etməni itirib. Nəticədə 40 yaşlı kişi dərəyə düşüb.
Maşından sağ çıxan B.Y dərənin kənarın çıxmaq üçün üzməyə başlayıb, lakin o boğularaq ölüb.
Olay gecə saatlarında baş verib.
Hadisə ilə bağlı polis, təcili yardım və xilasedicilərə səhər saatlarında məlumat verilib. B.Y.-nin cansız cəsədi tapılıb.Yağış davam etdiyindən və nəqliyyat vasitəsi riskli ərazidə olduğundan nəqliyyat vasitəsinin çıxarılması təxirə salınıb.
Ayxan