
Almaniyanın Hamburq şəhərində baş verən silahlı hücumla bağlı yeni məlumatlar ortaya çıxıb.
Saldırıdan bir ay öncə polisə anonim bir məktup yollanıbmış.
32gun.az bildrir ki, bu barədə Almaniya medyası məlumat yayıb.
Məlumata görə, məktubda "Filip F. dindarlara, xüsusən də Yehovanın Şahidlərinə qarşı xüsusi qəzəbi var” deyə qeyd olunubmuş. Məktubda hücumçunun psixi problemlərinin olduğu, lakin tibbi diaqnoz qoyulmadığı da bildirilib.
Alınan məktubdan sonra polis qruplarının fevral ayında hücumu edən şəxsin evinə getdiyi və onun polislə ortaq kimi danışdığı bildirilib.
Xatırladaq ki, bir neçə gün öncə Martın 10-da Almaniyanın Hamburq şəhərində Yehovanın Şahidlərinə məxsus kilsəyə silahlı basqın edilib. Silahlı hücumda biri ana bətnində olan körpə olmaqla 7 nəfər həyatını itirib, 16-sı yaralanıb. Hücum edən Filip F, istifadə etdiyi "Heckler & Koch P30" tapançası ilə intihar edib.
Ayxan