DÜNYA ÖZ XƏBƏR

Sinifdə cin çağırma oyunu oynayan məşktəbli qızlar Xəstəxanalıq oldu

Kolumbiyada yatılı məktəblrin birində məktəbli qızlar öz aralarında  ruh çağırma oyunu oynayıblar.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, bu zaman 28 qız tələbə yaşadıqları qorxudan huşunu itirib. Onlar təcili olaraq  xəstəxanaya aparılıb.

Məktəb rəhbərliyi qızların qorxudan huşunu itirərək oranı tərk etdiklərini açıqlayıb.

Məktəb adından açıqlama verən səlahiyyətli şəxslərdən biri olayla bağlı bir çox iddiaların ortaya atıldığını və bu iddiaların şagirdlərin huşunu itirməsinin dəqiq səbəbini tapmaqda çətinlik yaratdığını bildirib. 

Xəstəxanaya çatdırılan ilk iki şagirdin vəziyyətinin ağır olduğu bildirilib.

Huşunu itirən şagirdlərin müalicə olunduğu xəstəxanada işləyən şagirdlərdən birinin anası məktəblərdə cin çağırma oyununun məşhurlaşdığını, oyun səbəbilə huşunu itirdikləri üçün hər gün ən azı iki şagirdin xəstəxanaya gətirildiyini bildirib.

Valideynlərdən biri bildirib ki, bu durumla bağlı rəsmi qurumlar heç bir tədbir görməyib.

Hadisə ilə bağlı istintaq davam edir.  

Ayxan

Oxşar Xəbərlər