
Müge Anlı ilə Tatlı Sert proqramına müraciət edən Uğur Boztepe qızıllarını və dişlərini evdə qoyub itkin düşən anası Döndü Boztepenin tapılması üçün kömək istəyib.
32gun.az bildirir ki, hadisədə əsas şübhəli kimi görünən Mehmet bəy əlində bıçaqla canlı yayıma çıxıb.
Bu barədə aparıcı özü verilişində məlumat verib.
O bildirib ki, Mehmet bəy bıçaqla kanala girmək istəsə də, təhlükəsizlik xidməti tərəfindən onun əlindəki bıçaq əlindən alınıb.
Həmin bıçağı çıxarıb efirdə nümayiş etdirən M.Anlı Mehmet bəydən hesab sorub.
Anlı "Üstündə də bıçaq var idi. Bu səhər kanala bıçaqla gəlmisən. Bu bıçağı hardan tapmısan, kimdən almısan" deyib.
Mehmet bəy isə bıçağı qaldıqları otelin qarşısına gələn motosiklet satıcısından aldığını bildirib. Anlı verilişdə bıçağı araşdırdıqdan sonra silah hesab olunduğu üçün mühafizəçilərə təhvil verilməsini istəyib.
Ayxan