
Diyarbəkirdə sünnət olunmaq üçün Ergani Dövlət Xəstəxanasına aparılan 4 yaşlı uşağın adenoid və badamcıqlarının çıxarıldığı iddia edilib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə ilə bağlı açıqlama verən ana Seher Y. vəkilləri vasitəsilə xəstəxananı məhkəməyə verib.
Ana bildirib ki, 4 yaşlı oğlu Bulut .Y səhvən əməliyyata alınıb, badamcıq və adenoidlər çıxarılıb.
Ana Seher Y 15 dəqiqəlik sünnət əməliyyatı əvəzinə oğlundan saatlarla xəbər ala bilməyəndə otaqdan otağa gəzməyə başlayıb. Seher Y. nəhayət oğlunu əməliyyat masasında tapıb:
"Mən gedəndə hələ də əməliyyat edirdilər. Harasından əməliyyat etdiklərini bilmədim, qışqırdım. Orada həkim əsəbiləşdi.
Mən onu sünnət üçün apardım, sünnət edilmədi. Adenoid badamcıqlarla çıxarılıb” deyə qadın bildirib.
Vəziyyətdən şoka düşən ailə vəkilləri vasitəsilə məhkəməyə müraciət edib.
Ayxan