İki nəfəri güllələyən şəxs 14 saatdan sonra saxlanılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Ordu şəhərində baş verib.
Belə ki, Selami Okuyucu adlı şəxs yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən çayxanaya gedib. Söhbət zamanı Okuyucu ilə çayxana sahibi və dostu arasında mübahisə baş verib. Mübahisənin sonu qanla bitib. S.Okuyucu çayxana sahibi və dostunu tapança ilə vuraraq, həmin binanın damına çıxıb. Yaralanan şəxslər dərhal xəstəxanaya aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.
Baş verən hadisə ilə bağlı əraziyə gələn polis qrupları təqsirli şəxsi damdan yerə düşmək üçün razı sala bilməyib. Ardınca əraziyə xüsusi təyinatlı əməliyyat qrupları göndərilib. Nəhayət 14 saatdan sonra S.Okuyucu təslim olub.
Nurlan Şiraliyev