"SpaceX-in yeni nəsil kosmik gəmisi "Starship"in partlama ehtimalı yüksəkdir".
32gun.az xəbər verir ki, bu barədə SpaceX-in sahibi İlon Mask bildirib.
Bildirək ki, kosmik gəmi insanları və yükləri əvvəlcə orbitə, daha sonra Marsa daşımaq üçün hazırlanır.
"Starship"in aprel ayında növbəti sınaq uçuşunu həyata keçirəcəyini qeyd edən Mask, bu missiyanın çox çətin olduğunu və orbitə çatma şansının 50 faiz olduğunu söyləyib. Məşhur milyarder ilin sonuna qədər həyata keçiriləcək sınaqlar nəticəsində bu nisbətin 80 faizə yüksələcəyini bildirib.
Qeyd edək ki, gəminin bundan öncəki 4 sınağı uğursuz olub.
Nurlan Şiraliyev