DÜNYA ÖZ XƏBƏR

Qız şagirdin ortaya çıxardığı videolar məhkəməni hərəkətə keçirtdi - VİDEO

İstanbulda qızlar liseyində baş verən hadisə ilə bağlı istintaq başladılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, liseyin şagirlərindən biri 2016-cı ildən bəri müəllimi tərəfindən cinsi istismara məruz qalması ilə bağlı məhkəməyə müraciət ünvanlayıb. Lakin sübut yetərsizliyindən məhkəmə tərəfindən onun işinə baxılmayıb. S.T. adlı qız telefondan silinən məzmunları geri qaytaran proqram vasitəsilə müəllimin ona göndərdiyi foto və videoları geri qaytarıb. Əlindəki faktlarla yenidən məhkəməyə müraciət etdikdən sonra şagirdin şikayəti ilə bağlı cinayət işi açılıb.

Belə ki, liseydə din mədəniyyəti və əxlaq fənnini tədris edən Mehmet D. adlı müəllimin şagirdinə göndərdiyi videolar üzə çıxıb. 14 yaşında cinsi istismara məruz qalan qızın psixoloji problemlər yaşadığı, bir neçə dəfə intihara cəhd etdiyi irəli sürüb. Hazırda onun 20 yaşı var.

Bildirək ki, video və fotoların müəllim tərəfindən məcburi olaraq sildirildiyi qeyd olunub.

Hazırda istintaq davam edir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər