
Türkiyədə saxta şəxsiyyət vəsiqəsindən istifadə edən sabiq HDP-li millət vəkili Səmra Gözəl saxlanılıb.
Bildirək ki, millət vəkili bu səbəbdən ötən ilin dekabr ayında işindən uzaqlaşdırılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, başqasının adına verilən vəsiqə ilə tutulan millət vəkilinin toxunulmazlığı əlindən alınıb.
"PKK/KCK silahlı terror təşkilatına üzv olmaq" maddəsi ilə sorğuya alınan millət vəkili barəsində həbs qərarı çıxarılıb. Onun barəsində 7,5 ilə qədər həbs cəzası tələb olunub. Qərara əsasən axtarılan Səmra Gözəl istirahət mərkəzlərindən birinin avtomobil dayanacağında saxlanılıb.
Qeyd edək ki, başladılan istintaq nəticəsində millət vəkilinin daşıdığı şəxsiyyət vəsiqəsinin "Mehtap Dayan" adlı şəxsə aid olduğu, eyni zamanda 2007-ci ilə aid köhnə vəsiqə olduğu ortaya çıxıb.
Nurlan Şiraliyev