
Türkiyədə prezidentliyə namizədlərin ödəyəcəyi məbləğ bəlli olub.
32gun.az xəbər verir ki, bu barədə YSK sədri Əhməd Yenər məlumat verib.
Məlumata görə, namizəd olan şəxslər 555 min 980 TL (49 min 815 AZN) ödəyəcək.
Həmçinin əlavə edək ki, prezident seçkiləri ilə eyni tarixdə deputatlığa namizəd seçkiləri də keçiriləcək. Deputatlığa namizəd olmaq üçün təyin olunan məbləğ isə 55 min 598 TL (4 min 981 AZN) təyin olunub.
Qeyd edək ki, 14 may tarixində Türkiyədə prezident və deputat seçkiləri keçiriləcək.
Nurlan Şiraliyev