DÜNYA ÖZ XƏBƏR

General vəzifəli şəxsləri məhkəməyə verdi - Altı milyon dollarlıq təzminat

Təcavüz iddiası ilə 2021-ci ildə işdən çıxarılaraq, həbs edilən kanadalı general mayor Dany Fortindən xəbər var.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, bəraət alan general, baş nazir Castin Trüdo və Baş Qərargah rəisi Ueyn Eyre də daxil olmaqla, 16 yüksək vəzifəli şəxsi böhtan, dövlət vəzifəsindən sui-istifadə, səhlənkar araşdırma, etibarın pozulması və sui-qəsd ittihamı ilə məhkəməyə verib.

Fortin məhkəməyə verdiyi ərizədə adı çəkilən 16 şəxsdən 5 milyon ABŞ dolları ümumi zərər və 1 milyon ABŞ dolları cəza təzminatı daxil olmaqla, ümumilikdə 6 milyon dollar təzminat tələb edib.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər