HADİSƏ
Ağdamda 2 nəfər minaya düşərək HƏLAK OLDU
Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.
DİN-in mətbuat xidmətindən 32gun.az-a bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.