İDMAN ÖZ XƏBƏR

Pəncərədən yıxılaraq ölən sabiq futbolçunun anası: “Oğlumu öldürüblər”

Moskva ÇSKA-sının sabiq futbolçusu Layonel Adamsın pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı yeni iddia irəli sürülüb.

32gun.az yazır ki, "Mash na sporte" “Telegram” kanalının məlumatına görə, futbolçunun anası oğlunun öldürüldüyünə əmindir.

Adams 31 yaşında dünyasını dəyişib. Onun dostları isə futbolçunun qarşılıqsız sevgi səbəbindən intihar etdiyini düşünürlər.

Xatırladaq ki, 2025-ci ilin dekabrında Adams gecə klubunda hücuma məruz qalıb və güllələnib. Futbolçuya təxminən on nəfər hücum edib. Əvvəlcə tərəflər arasında şifahi mübahisə yaranıb, daha sonra münaqişə iştirakçılarından biri tapança çıxararaq futbolçuya atəş açıb. Bundan sonra digər şəxslər Adamsı döyməyə başlayıblar. O, xəstəxanaya çatdırılıb və həkimlər onun bud nahiyəsindən güllə yarası, həmçinin dodağında cırıq yara olduğunu müəyyən ediblər.
2024-cü ildə Layonel Adams Qazaxıstanın Karaqanda şəhərinin “Şaxtyor” klubunda çıxış edib.

Qeyd edək ki, Adams 2011-ci ildə Rusiyanın U-18 millisinin heyətində bir oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb. 2015/16 mövsümündə isə Ermənistanın “Banants” klubunun heyətində ölkə kubokunun qalibi olub.

Ayaz

Oxşar Xəbərlər