DÜNYA ÖZ XƏBƏR

Səhər saatlarında dəhşətli qəza - Sürücü yanaraq ÖLDÜ

Türkiyədə dəhşətli yol qəzası baş verib.

32gun.az yerli mətbuata istinadən xəbər verir ki, Ankaradan Bolu istiqamətində hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı arakəsmələrə çırpılıb. Çırpılmanın təsirindən aşan avtomobil yanmağa başlayıb. Nəticədə yararsız hala düşən avtomobildə sıxışıb qalan sürücü yanaraq dünyasını dəyişib.

Yanğın söndürüldükdən sonra sürücünün meyiti avtomobildən çıxarılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər