DÜNYA ÖZ XƏBƏR

14 yaşlı yeniyetməni döyən polis işçiləri saxlanıldı: 3-ü həbs edildi

Xəbər verdiyimiz kimi, 14 yaşlı yeniyetmənin döyülməsi ilə bağlı 5 polis işçisi saxlanılıb.

Bildirək ki, hadisə martın 21-də Diyarbəkirin Lice rayonunda baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində saxlanılan polislərdən 3-ü həbs edilib. Digər 2 nəfər isə sərbəst buraxılıb.

Qeyd edək ki, hadisə Novruz tədbirləri zamanı baş tutub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər