
Albaniyanın paytaxtı Tiranada yerli televiziya binasına silahlı hücum olub.
32gun.az bildirir ki, bu barədə Tirana Regional Polis İdarəsi məlumat yayıb.
Yayılan açıqlamada qeyd edilib ki, dünən gecə naməlum şəxslərin yerli televiziya binasına atəşi nəticəsində 60 yaşlı mühafizəçi P.K. həyatını itirib.
Açıqlamada hadisənin aydınlaşdırılması və cinayətkarların tutulması üçün araşdırmalara başlanıldığı da bildirilib.
Albaniyanın baş naziri Edi Rama hadisə ilə bağlı Twitter hesabında paylaşım edərək həyatını itirən mühafizəçinin yaxınlarına başsağlığı verib.
Ayxan