DÜNYA ÖZ XƏBƏR

Gəmidə sevgilisinə evlənmə təklifi etdi - Hesabı ödəmədən qaçdılar (FOTO)

Türkiyədə qəribə hadisə olub.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, İstanbulun Beşiktaş ərazisində Uğur K. adlı gənc özünü Buse kimi təqdim edən K.Ç adlı sevgilisinə evlilik təklifi etmək üçün sosial şəbəkədə bir şirkətlə əlaqə saxlayıb. Təklif üçün 6 min lirəlik təşkilat paketi alıb və 3 min lirə depozit verib. Cütlük maşınlarını Bebekdə saxlayaraq yaxtaya minib. Uğur K. evlilik təklifi üçün adlarının lazer işığı ilə 15 İyul Şəhidlər Körpüsünə yazılmasını istəyib.

Şirkətin əməkdaşları adlarını körpüdə əks etdirmək üçün lazer sistemi quraşdırıblar.  Sevgilisi ilə birlikdə Boğaziçi gəzinti zamanı şam işığında nahar edən cütlük daha sonra Qız Qalasının yanında dayanıb. Yaxta Boğazın ortasında olarkən Uğur K. sevgilisini yaxtanın qarşısına gətirib. Bu zaman Uğur K. cibindən çıxardığı üzüklə, körpünün üzərindəki lazer proyeksiyası ilə sevgilisinə evlilik təklifi edib. K.Ç-nin təklifi qəbul etməsindən sonra cütlük rəqs edib, şəkil çəkdirib. Gecənin sonunda yaxtada olan səlahiyyətli şəxslər təşkilatın haqqını istəyiblər. Cütlük pulqabılarını maşınlarına qoyduqlarını və gətirmələri üçün onları gözləmələrini deyiblər. Lakin cütlüyün gəlmədiyini göeənləe onların qaçdığını və aldadıldıqlarını anlayıblar. 

Şirkət sahibi isə hadisə ilə bağlı "olayın üzərindən bir həftə keçib, ona zəng vururuq, telefonlarımıza cavab vermir. Nəhayət sevgilinizin telefonuna tapdıq. Rəfiqəsi evləndiyini və boşandığını bildirib. 3 gün ərzində belə bir vəziyyətin necə ola biləcəyini başa düşmədik, amma düşünürəm ki, bizi aldatdılar”.

Ayxan

Oxşar Xəbərlər