DÜNYA ÖZ XƏBƏR

Polisdən irimiqyaslı əməliyyat: Aralarında partiya sədrləri olan 25 nəfər saxlanıldı

Türkiyə polisi Şanlıurfanın Suruç rayonunda irimiqyaslı əməliyyat keçirib.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı aralarında Xalqların Demokratik Partiyası (HDP) və Demokratik Bölgələr Partiyasının (DBP) sədrlərinin də olduğu 25 şübhəli saxlanılıb.

Suruç Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində “terror təşkilatına üzv olmaq” və “terror təşkilatına maliyyə təmin etmək” cinayətlərini törətdikləri iddia edilən şübhəlilər barəsində istintaq başladılıb.

Qeyd edək ki, şübhəlilər dindirilmək üçün Terrorla Mübarizə Şöbəsinə aparılıb.

Nurlan

Oxşar Xəbərlər