Türkiyənin "Memleket Partiyası" Rəcəb Tayyip Ərdoğanın prezidentliyə namizdəliyini irəli sürməsinə etiraz bildirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə partiyanın baş katibi Halil İlker Çelik danışıb.
Bu namizədliyə etirazını bildirən Çelik, "Konstitusiyamızın 101-ci maddəsində prezidentin 2 müddətə seçilə biləcəyi qaydası var. Lakin prezidentimizin namizədliyi 3-cü dəfədir ki, irəli sürülüb. Bu, hüquqi baxımdan mümkün deyil. Ona görə də etirazlarımızı bildirdik" - deyə qeyd edib.
Nurlan Şiraliyev