
Pakistan tarixinin ən pis ərzaq böhranı ilə üz-üzə qalıb. Hökumətin ölkədə pulsuz un paylaması bir çox rayonlarda izdiham yaradıb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, Pakistanın Pəncab əyalətinin Kasur və Xairpur şəhərlərində un paylanması zamanı yaranan izdiham nəticəsində iki nəfər həyatını itirib.
Ümumilikdə isə ölkədə həftə ərzində un paylanması zamanı yaranan izdihamda 5 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Ayxan