DÜNYA ÖZ XƏBƏR

Hərbi Rabitə Akademiyasının üç kursantı ÖLÜ TAPILDI

Sovet İttifaqı Marşalı S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının üç kursantı ölü tapılıb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, kursantların narkotikdən istifadə etdikləri, elə bu səbəbdən öldükləri iddia olunub.

Hazırda bununla bağlı araşdırma başladılıb. Onların qanında qadağan olunmuş maddələrin olub-olmaması ekspertiza tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, akademiya Leninqrad vilayətinin Sertolovo şəhərində yerləşir.

Nurlan

Oxşar Xəbərlər