
Tanınmış pianoçu və bəstəkar Emahoy Tsegue-Maryam Guebrou 99 yaşında dünyasını dəyişib.
32gun.az xarici mətbuata istinadən xəbər verir ki, Guebrou 40 ilə yaxın müddət ərzində Qüdsdəki "Efiopiya Ortodoks Kilsəsi"ndə rahibə işləyib.
Varlı ailədə doğulan və erkən yaşlarında İsveçrədə musiqi təhsili alan Guebrou ölkəsinə qayıtdıqdan sonra 1967-ci ildə ilk albomunu buraxıb. Həmçinin, efiopiyalı bəstəkar 150-dən çox orijinal əsərin müəllifidir.
1984-cü ildə anasının ölümündən sonra Qüdsdəki monastırda rahibə işləməyə başlayan bəstəkar 2000-ci illərdə hazırladığı parçalarla dünya şöhrəti qazanıb.
Bildirək ki, Gebrounun bəzi bəstələri Oskar mükafatına namizəd olan "Time" sənədli filmində və Netflix-in "Passing" filmində də istifadə olunub.
Nurlan Şiraliyev