
Xəbər verdiyimiz kimi, məşhur türkiyəli aktyor Köksal Engür vəfat edib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün vəfat edən aktyor bu gün günorta saatlarında cənazə namazından sonra dəfn edilib.
Dəfn mərasiminə qatılanlar arasında aktyorun ailə üzvləri, sənətçi yoldaşları və onu sevən şəxslər olub. Məlumat üçün bildirək ki, aktyor Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, o, sonuncu dəfə "Leyla ile Mecnun" serialının 4-cü mövsümündə rol alıb.
Qeyd edək ki, K.Engür 27 mart Ümumdünya Teatr Günündə 77 yaşında dünyasını dəyişib.
Nurlan Şiraliyev