DÜNYA ÖZ XƏBƏR

Qəbiristanlıqdakı bu görüntü kənd camaatını panikaya saldı - FOTO

Kocaali bölgəsinin Gümüşoluk Mərkəz Qəbiristanlığında görünməmiş hadisə baş verib. 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məlum olmayan səbəbdən qəbiristanlığın içərisində dərin çuxur əmələ gəlib.

Çuxuru görən və şoka düşən vətəndaşlar vəziyyətlə bağlı bələdiyyəyə məlumat veriblər. 

Dərinliyi təxminən 6 metr, eni isə təxminən 30 metr olan çuxur qəbirlərə  də ziyan vurub.  Səlahiyyətli şəxslərin bildirdiyinə görə, Çuxurun əmələ gəlməsinin səbəbi bölgədə görüləcək işlərdən sonra bəlli olacaq.

Ayxan

 

Oxşar Xəbərlər