
21 yaşlı qıza qarşı cinsi təcavüz ittihamı ilə həbs edilən şəxs hakim qarşısına çıxarılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs izahatlarında törətdiyi cinayəti etiraf etsə də, hakim qarşısında irəli sürülən ittihamları qəbul etməyib.
"İttihamları qəbul etmirəm. İfadəmdə yazılanları deməyə məcbur etdilər".
Bildirək ki, daha sonra məhkəmə may ayının 18-nə qədər ertələnib. Təqsirli şəxs isə həmin vaxta qədər həbsdə qalmağa davam edəcək.
Xatırladaq ki, sözügedən hadisə ötən ilin noyabr ayında gecə saatlarında baş verib. Sərnişin avtobusunun sürücüsü S.Y. avtobusda yalnız əyləşən tələbə qıza qarşı cinsi təcavüz edib. O, gənc qızı plastik qandallarla mikroavtobusun dəmir tutacaqlarına bağlayıb. Qızın müqavimət göstərməsindən sonra isə onu döyməyə başlayıb. Qız yaşadığı dəhşəti ailəsinə danışdıqdan sonra bu barədə polisə məlumat verilib. Ardından avtobusun sürücü saxlanılaraq, həbs edilib.
Ayxan