DÜNYA ÖZ XƏBƏR

"Bədənimə elə bir güc girdi ki özümü idarə edə bilmədim" - Dörd nəfəri qətlə yetirən bələdiyyə sədri

İstanbulda miras məsələsi üçün getdiyi vəkillik firmasında 4 nəfəri öldürən, 1 nəfəri ağır yaralayan bələdiyyə sədri Ahmed Salih Belginerlə bağlı qərar verilib.

Anadolu 12-ci Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə iclasına  Ahmed Salih Belginer gətirilib, şikayətçi Arzu Onat və tərəflərin vəkilləri iştirak edib.

32gun.az Türkiyə KİV-nə istnadən bildirir ki, məhkəmə heyəti qərarını açıqlayıb. Təqsirləndirilən Belginer barəsində Haluk Onat, Kebire Esra Aymutlu, Ayşe Ece Aymutlu və Ahmet Nuri Onatı "əvvəlcədən planlaşdıraraq qəsdən adam öldürmə" maddəsi ilə 4 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib. Məhkəmə təqsirləndirilən şəxsə verilən cəzanın azaldılmasını tətbiq etməyib. Məhkəmə həmçinin müttəhim Ahmet Salih Belginerin "Arzu Onatı qəsdən öldürməyə cəhd" ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. 

Cinyəti törətməkdə ittiham olunan Ahmed Salih Belginer məhkəmə qarşısındakı son ifadəsində "Belə bir hadisə ilə qarşılaşdığım üçün çox təəssüflənirəm. Mənim üzərimə çox gəldilər. Hadisədən əvvəl bədənimə bir qüvvə daxil oldu. Nə etdiyimi dərk edə və anlaya bilmədim. Heç nə mənim nəzarətimdə deyildi.  Mənə bəraət verilməsini və azadlığa buraxılmağımı tələb edirəm”.

Ayxan

Avukatlık bürosunu basıp dört kişiyi katleden muhtarın cezası belli oldu: Vücuduma bir güç girdi

Oxşar Xəbərlər