DÜNYA ÖZ XƏBƏR

Sinif otağında bədbəxt hadisə: İki şagird xəsarət aldı

Mersindəki məktəblərdən birində bədbəxt hadisə yaşanıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sinif otaqlarından birinin tavanından qopan gips parçaları şagirdlərin üzərinə düşüb. Nəticədə iki şagird yaralanıb. Hadisədən dərhal sonra məktəblilər xəstəxanaya aparılıb. Onlardan birinin qolunun sındığı, digərinin isə başından zərbə aldığı müəyyən edilib.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər