
ABŞ-ın Kentukki ştatında təlim zamanı qəza baş verib.
32gun.az xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı UH-60 "Black Hawk" hücum helikopterləri toqquşub. Nəticədə 9 hərbçi həlak olub.
Bildirək ki, Kentukki ştatının qubernatoru Endi Beşir öz "Twitter" səhifəsində hadisəni təsdiqləyib.
Qeyd edək ki, qəzanın hansı səbəbdən baş verdiyi rəsmi qurumlar tərəfindən araşdırılır.
Nurlan Şiraliyev